Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirildi. 27 oktyabr 2023-cü il tarixdə Ağcabədi rayonu, 556 saylı Məcburi Köçkün qəsəbəsində məskunlaşan rayon əhalisi ilə keçirildi.

27 oktyabr 2023 | 17:22

Şuşa Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 27 oktyabr 2023-cü il tarixdə Ağcabədi rayonu, 556 saylı Məcburi Köçkün qəsəbəsində məskunlaşan rayon əhalisi ilə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon sakinləri iştirak edirdi.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək bildirdi ki, ötən 20 il ərzində Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. RİH rəhbəri bu gün regionda reallaşdırılan bütün beynəlxalq layihələrin Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirildiyini, rəşadətli ordumuz tərəfindən Qarabağda keçirilən 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizlənməsi ilə ərazi bütövlüyümüzün bərpası və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı Şuşa şəhərində aparılan bərpa, abadlıq-quruculuq işləri haqqında ətraflı danışdı.
Görüş zamanı Bayram Səfərov rayon əhalisinin problemlərini dinləmiş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, araşdırılmasına ehtiyac olan bəzi məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir. Qaldırılan məsələlər əsasən Şuşa şəhərinə qayıdış, işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi köməklik barədə olmuşdur.
Səyyar görüşdə rayon sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya, doğma Şuşa şəhərində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər