Şuşa Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirildi. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
29 sentyabr 2023 | 17:31
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Şuşa Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov sakinlərlə növbəti səyyar qəbulunu 29.09.2023 -cü il tarixdə İsmayıllı rayonu, “Kökəltmə birliyi”ndə məskunlaşan rayon sakinləri ilə Şuşa rayon 15 nömrəli tam orta məktəbdə keçirib. Görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşmanın əhali tərəfindən təqdir olunuğunu bildirdi. Rayon rəhbəri işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb.
İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.