Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir

04 mart 2023 | 16:06
 
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 3 saylı Şuşa rayon tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının Şuşa rayon əhalisi ilə növbəti səyyar görüşü keçirilmişdir. Səyyar görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizin regionda və beynəlxalq aləmdə artan nüfuzu, uğurlu enerji diplomatiyasının gələcəkdə ölkəmiz üçün yaradacağı imkanlar, regionların sosial –iqtisadi inkişafına yönəlmiş dövlət siyasəti haqqında görüş iştrakçılarına geniş məlumat verdi . Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirmişlər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Şuşa rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Keçidlər