Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti başçısının Xəzər rayonu, Mərdəkan qəsəbəsində vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir

18 fevral 2023 | 16:38
 
Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 5 saylı Şuşa şəhər tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının Şuşa rayon əhalisi ilə səyyar görüşü keçirilmişdir. Səyyar görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiq edir. “Böyük Qayıdış”a dair I Dövlət Proqramının işğaldan azad edilmiş ərazilərdə bu vaxta qədər aparılan abadlıq-quruculuq işlərinin daha geniş şəkildə davam etdirilməsi, bunun da məntiqi nəticəsi olaraq, strateji hədəflərə çatmaq baxımından ən mükəmməl bir yol xəritəsi olduğunu qeyd edən Bayram Səfərov Şuşa şəhərində uğurla icra edilməkdə olan layihələr haqqında görüş iştirakçılarına geniş məlumat verdi. Görüş zamanı rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər