Şuşa Rayon İcra Hakimiyyəti başçısının yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam edir
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun 02 noyabr 2023-cü il tarixində Cəlilabad rayonu, Uzuntəpə kəndində rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. RİH başçısı Bayram Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 15 oktyabr tarixində işğaldan azad olunmuş Xankəndi şəhərində Dövlət Bayrağını ucaltmağını Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirmiş, şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, Şuşa rayon ərazisində aparılan abadlıq, quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat vermişdir.
Səyyar qəbulda sakinlər Şuşaya qayıdış, iş və mənzillə təmin olunma, onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirmişlər. Bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.
Rayon sakinləri son illər işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.