Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması ilə bağlı iclas keçirib

18 iyul 2023 | 16:11

Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən 18.07.2023-cü il tarixdə keçirilən tədbir Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın  4.3-cü bəndinin (Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması) icrasının təmin edilməsi məqsədi daşıyıb.

İclasda Şuşa RİH-nin məsul işçiləri, dövlət idarələri və ictimai xidmət təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət işçiləri həmkarlar ittifaqlarının rayon komitələrinin nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

İclas Şuşa RİHB-nin müavini – İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva bildirib ki, məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir. V.Fətəliyeva öz çıxışında məlumat verib ki, Şuşa rayonu üzrə 2023-cü ilin 6 ayı ərzində 40 yeni iş yeri yaradılmışdır.

Digər çıxış edənlər də, rayonda məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasının vacibliyini qeyd edib, müxtəlif mülahizələr irəli sürüblər.

İclasda diqqətə çatdırılıb ki, sahibkarlara öz fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyi və əhalinin müvəqqəti məskunlaşdığı ərazilərdə fəaliyyət göstərən şöbələri vasitəsilə də müvafiq köməkliklər olunur. Qeyd olunmuşdur ki, Şuşa Rayon İcra Hakimiyyəti və Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırda işğaldan azad edilmiş Şuşa şəhərində şəhər əhalisi aşbaz, aşbaz köməkçisi, ofisiant, xadimə, usta, santexnik, fəhlə, elektrik, iri tonajlı yük maşını sürücüsü, kran sürücüsü, otel işçiləri (menecer, qeydiyyatçı, çamaşırxana işçisi və s.)  kimi işlərlə təmin olunmuşdur.

Rayon ərazisində müxtəlif sahələr üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması üçün Şuşa Rayon İcra Hakimiyyəti və Dövlət Məşğulluq Agentliyi  tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir.

 

Keçidlər