Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş bayram tədbiri keçirilib
Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş bayram tədbiri keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışdı,məhz onun müəyyən etdiyi müdrik siyasi kurs və strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün artıq 15 iyun-Milli Qurtuluş Gününü qalib xalq kimi qeyd etdiyimizi bildirdi. Şuşa Bəyannaməsinin imzalanmasından bir il keçdiyini deyən Vüsalə Fətəliyeva Türkiyə-Azərbaycan ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin hər iki ölkənin regional və beynəlxalq rolunu artıracağını vurğuladı. Sonra Ulu Öndərin həyatından bəhs edən videoçarx təqdim edildi. Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən müxtəlif səhnələr nümayiş edildi, müğənnilərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirildi. Tədbirin sonunda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.