Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyəti YAP Şuşa Rayon Təşkilatı ilə birlikdə müşavirə keçirdi

28 fevral 2024 | 18:23

28 fevral 2024-cü il tarixində Şuşa Rayon İcra Hakimiyyəti YAP Şuşa Rayon Təşkilatı ilə birlikdə 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar Prezident seçkilərinin yekunu ilə bağlı müşavirə keçirmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçkilərdə qazandığı Qələbəyə həsr olunmuş videoçarx böyük maraqla qarşılandı.

Müşavirədə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı  Bayram Səfərov 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar Prezident seçkilərində Möhtərəm Cənab Prezident İlham Əliyevin yenidən qalib gəlməsini, Dövlətimizin, ölkəmizin, hər birimizin gələcəyinə hesablanmış ən uğurlu Qələbə olduğunu, bu seçkilərin torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsinin şanlı tariximizə həkk olunmasını, bu il doğma Şuşamızda, Xankəndidə keçirilən səsvermənin verdiyi qürur hissindən danışdı. Bayram Səfərov seçki prosesi ilə məşğul olan 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd və 122 saylı Xankəndi Dairə Seçki Komissiyalarının sədrlərinə, üzvlərinə, hər iki dairəyə aid bütün məntəqə sədrlərinə, Yeni Azərbaycan Partiyasının Şuşa Rayon Təşkilatının sədrinə və üzvlərinə, Şuşa Rayon Polis şöbəsinin əməkdaşlarına, Şuşa rayon əhalisinin seçkilərdə fəal iştirakının təmin edilməsində Rayon İcra Hakimiyyətinin əməkdaşlarına, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələrinə öz təşəkkürünü bildirdi.

Müşavirədə YAP Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, 124 saylı DSK-nın sədri Vahid Abbasov və komissiya üzvləri, 122 saylı DSK-nın əməkdaşı Cavid Əhmədov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranlar təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyev, Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nigar Eyvazova, Başçının Səfixanlar KİƏD üzrə nümayəndəsi Amil Əliyev, Quşçular KİƏD üzrə nümayəndə Sahib Musayev, məntəqə sədrlərindən Yunis Hüseynov, Şakir Şükürov və Məhərrəm Aslanov çıxış etdilər.

Azərbaycan Respublikasının Prezidentinə seçkilərdə qazandığı qələbə münasibətilə müşavirə iştirakçıları adından ünvanlanmış məktubun mətnini Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Ülviyyə Bağırova oxudu.

Sonda ilk dəfə səslənən Yeni Azərbaycan Partiyasının Himni ilə müşavirəyə yekun vurularaq, Cənab Prezidentin rəhbərliyi altında bütün iştirakçılara məsul işlərində uğurlar arzulandı.

 

Keçidlər