Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətində 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” nə həsr olunmuş tədbir keçirilmişdir

21 iyun 2025 | 15:33
21 iyun 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı ilə 26 İyun-Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Mübarizə üzrə Rayon Komissiyanın üzvləri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, Qarabağ Regional Gənclər və idman idarəsinin Şuşa rayon sektorunun əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Vüsalə Fətəliyeva bildirmişdir ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə
çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Narkomaniyaya qarşı hamılıqla mübarizə aparılmalı, yayılmasına təkan verən bütün halların qarşısı alınmalı, cəmiyyətimizi, xüsusilə də gələcəyimiz olan gənclərimizi, böyüməkdə olan nəsli bu bəladan qorumalıyıq. Vüsalə Fətəliyeva narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanıldığını bildirmiş, valideyinlərin, müəllimlərin uşaqların, şagirdlərin, gənc nəslin tərbiyəsində və mariflənməsində əhəmiyyətli rol oynadıqlarını qeyd etmişdir.
Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Mübarizə üzrə Komissiyanın üzvləri yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq neqativ halların vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini bildirmişlər. Maarifləndirmə tədbirlərinin gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığını söyləyərək müvafiq mövzularda seminarların, dəyirmi masaların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etmişlər.
Keçidlər