Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib

20 oktyabr 2026 | 17:20
 
​Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi nitqdən irəli gələn vəzifələrin müzakirəsi, qarşıda duran prioritet istiqamətlərin müəyyənləşdirilməsi və bu sahədə görüləcək işlərin əlaqələndirilməsi məqsədilə müşavirə keçirilib.
​İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.
​Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Ağsaqqallar Şurasının üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair geniş məruzə ilə çıxış etmişdir. O, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin müasir inkişaf mərhələsini, dövlətçilik ənənələrini, milli maraqlara əsaslanan siyasətini və gələcək hədəflərini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında güclü dövlətçilik, milli birlik, siyasi iradə və uzunmüddətli strateji düşüncə dayanır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın müasir inkişaf strategiyasının əsas istiqamətlərini əks etdirir. Bu istiqamətlər milli müstəqilliyin qorunması, ərazi bütövlüyü və suverenliyin möhkəmləndirilməsi, güclü ordunun və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, müstəqil xarici siyasətin davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və vətəndaşların rifahının yüksəldilməsidir. Əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanın qarşıdakı illərdə də inkişafına, beynəlxalq mövqelərinin güclənməsinə və xalqımızın firavan gələcəyinə xidmət edən əsas amillərdəndir.
​Daha sonra məruzə ətrafında Şuşa Rayon Ağsaqqallar Şurasının üzvü Arif İbrahimov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova, Şuşa rayon Statistika İdarəsinin rəisi Anar Xəlilov, Şuşa Humanitar Kollecin tyutoru, şəhid ailəsi üzvü Könül Hüseynova, Vətən müharibəsi qazisi, I qrup əlil, Heydər Əliyev adına Ali Hərbi məktəbin məzunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti, baş leytenant Hüseyn Ələkbərli, Bakı şəhəri, 336 saylı tam orta məktəbin fizika müəllimi, əməkdar müəllim Aidə Süleymanova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, YAP Şuşa rayon təşkilatının Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva çıxış edərək, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, yolların və hava limanlarının tikintisi, yaşayış məntəqələrinin bərpası, təhsil və səhiyyə müəssisələrinin qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin edilməsi, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı yaşayış şəraitinin yaradılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd etmiş, vurğulanmışdır ki, məqsədimiz hamılıqla öz vəzifəmizi yüksək səviyyədə yerinə yetirmək, ölkə başçısı cənab İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında proqram xarakterli çıxışından irəli gələn vəzifələrin vaxtında və dolğun şəkildə vaxtında həyata keçirilməsini təmin etməkdir.
Keçidlər