Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətində “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib

09 aprel 2026 | 17:51

Şuşa Rayon İcra Hakimiyyətində “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlim təşkil edilib. Təlimdə çıxış edən Şuşa RİHB Aparatınının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Qalib Kazımov müsahibə üçün xarakterik xüsusiyyətlər, müsahibənin məqsədi, strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları, müsahibəyə hazırlıq haqqında ətraflı məlumat verdi. Təlim iştirakçıları, həmçinin müsahibə komissiyasının reqlamenti, komissiyanın tərkibinin formalaşdırılması, müsahibə ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələblərinə və müsahibə proqramına uyğun suallar verilməsi, sualları və tapşırıqları verərkən müəyyənləşdirilmiş vaxt bölgüsünə əməl edilməsi barədə məlumatlandırılıb. Bununla yanaşı, təlimdə iştirakçılara dövlət qulluğu vəzifələri üzrə təlimatların və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılma qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat nümayiş etdirilib.

Keçidlər