Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında tədbir keçirilmişdir

17 yanvar 2024 | 17:05
Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən ”Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın Fəaliyyət Planı"”nın 8.10.1-ci yarımbəndinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
17.01.2024-cü il tarixində Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşlarının iştirakı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinin vəziyyəti barədə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva 2023-cü ildə “Dövlət qulluğu”, ”Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələri”, “Dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi”, “Dövlət qulluqçularının etik davranış qaydaları” və digər bu məsələlərlə bağlı keçirilən tədbirlər haqqında məlumat vermiş, dövlət qulluqçuları üçün etik davranış barədə aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması ilə bağlı müxtəlif təlim və treninqlərin keçirilməsindən danışmışdır. V. Fətəliyeva bidirmişdir ki, dövlət qulluqçularının etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə fərdi qaydada söhbətlər aparılır, zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir. «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin müddəalarından irəli gələn tələblərə əməl olunması Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun daim diqqət mərkəzində saxlanılır.
Şuşa RİH-in şöbə müdiri Qalib Kazımov Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununa əməl edilməsi diqqətə çatdırmışdır. Vətəndaş müraciətlərinə baxılmasında obyektivlik, haqq-ədalət, operativlik qorunub saxlanmışdır. Başçının inzibati ərazi dairələri üzrə nümayəndələri əhali ilə apardıqları işi daha da təkmilləşdirmiş, qarşıya çıxan problemlərin həllinə öz səlahiyyətləri daxilində nail olunmasına səy göstərimiş, insanlara qayğı, münasibət bir daha yaxşılaşdırılmışdır.
Dövlət qulluqçuları tərəfindən etik davranış qayda və prinsiplərinə əməl olunması barədə vətəndaşların şikayətetmə imkanları genişləndirilmişdir. Belə ki, Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, hüquq mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarda dövlət qulluqçularının hər hansı neqativ hərəkətləri barədə daxil olan məlumatların qeydiyyata alınmasına və nəzarət orqanlarının vaxtında məlumatlandırılmasına lazımi şərait yaradılmışdır.
Dövlət qulluqçusu öz etik davranışı, peşəkar fəaliyyəti ilə dövlət orqanlarına insanların inamını artırmalı və möhkəmləndirməli, dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməliəri iclas zamanı müzakirə edilmişdir.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq qaydalarına uyğun keçirilən maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək, etik davranış normaları ilə əlaqədar daxil olan şikayətlərə baxılması, lazım gəldikdə intizam tədbirlərinin tətbiq olunması daim diqqət mərkəzində saxlanılacaqdır.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq qaydalarına uyğun keçirilən maarifləndirici tədbirlər və intizam tədbirləri barədə 2023-cü ilə dair hesabat Dövlət İmtahan Mərkəzinə təqdim edilmişdir.
Keçidlər