Şuşa rayon İcra Hakimiyyətində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun növbəti iclası keçirilib
Şuşa rayon İcra Hakimiyyətində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun növbəti iclası keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun rəhbəri Vüsalə Fətəliyeva iclası açaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2307 nömrəli 27 noyabr 2020-ci il tarixli Sərəncamının “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin gücləndirilməsi” barədə 12.5.3-ci yarımbəndinin icrası ilə əlaqədar 2021-ci il ərzində Şuşa RİH yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və müvafiq səlahiyyətli şəxslərin iştirakı ilə məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması məqsədilə Azərbaycan Respublikasının Məişət zorakılığının qarşısının alınması haqqında Qanun 17-ci Maddəsinin icrası ilə əlaqədar bir sıra tədbirlər görülmüşdür.
Diqqətə çatdırılmışdır ki, məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması monitorinq qrupunun hər bir üzvü tərəfindən daima nəzarətdə saxlanılmalıdır.