Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Ağdam rayonu, Mirzələr qış yatağında məskunlaşan rayon əhalisi ilə səyyar görüş keçirmişdir

09 fevral 2024 | 17:04
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun 09 fevral 2024-cü il tarixində Ağdam rayonu, Mirzələr qış yatağında yerləşən Şuşa şəhər 21 saylı orta məktəbdə rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. RİH başçısı Bayram Səfərov çıxış edərək bildirdi ki, 07 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar Prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamının təntənəsi, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi. Hər bir Azərbaycan vətəndaşı şanlı Qarabağ Zəfərinin sevincini yaşayır, haqlı qürur hissi keçirir. Ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Xalqımız öz Prezidenti ilə fəxr edir, ona qələbə sevinci yaşadan, başucalığı gətirən liderinə böyük dəstək verir. Prezident seçkiləri bunun daha bir bariz təcəssümü oldu. Şuşa rayon əhalisi də Prezident seçkilərində fəal iştirak etmiş, aktivlik yüksək səviyyədə olmuşdur.
Bayram Səfərov şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açdı, Şuşa rayon ərazisində aparılan abadlıq, quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirləör və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verdi.
Səyyar qəbulda sakinlər Şuşaya qayıdış, iş və mənzillə təmin olunma, onları narahat edən digər sosialyönümlü məsələlərlə bağlı müraciət etdilər. Bir sıra məsələlər yerində həll olundu, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verildi.
 
 
 
Keçidlər