Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 01 noyabr 2024-cü il tarixdə Yasamal rayonunda fəaliyyət göstərən Şuşa Humanitar Kollecdə növbəti səyyar qəbulunu keçirdi
01 noyabr 2024 | 17:57
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə 01 noyabr 2024-cü il tarixdə Yasamal rayonunda fəaliyyət göstərən Şuşa Humanitar Kollecdə növbəti səyyar qəbulunu keçirdi.
RİH başçısı Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşmasının, hadisələri düzgün qiymətləndirmək qabiliyyətinin həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biri olduğunu, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıtdığını diqqətə çatdırdı. Şuşa şəhərinə əhalimizin mərhələli şəkildə köçürülməsindən söz açan RİH başçısı köçürülməsi nəzərdə tutulan sakinlərin məşğulluğunun təmin olunması sahəsində görülən işləri yüksək qiymətləndirdi.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.