Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 09.04.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şuşa rayon 7 saylı tam orta məktəbdə növbəti səyyar qəbul keçirib

09 aprel 2024 | 15:54

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə 09.04.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şuşa rayon 7 saylı tam orta məktəbdə növbəti səyyar qəbul keçirib. RİH başçısı Bayram Səfərov səyyar görüşdə sakinlərə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramları haqqında ətraflı məlumat verib. Sakinlərlə görüşü zamanı çıxışında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirdi ki, bu gün Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb, məcburi köçkünlərin Vətən həsrətinə son qoyulur və uzun illərdən sonra evlərinə geri dönürlər. Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıdan həmvətənlilərimiz üçün hər cür yüksək şərait yaradılıb, onların bütün məsələlərinə, eləcə də məşğulluq siyasətinə yüksək dəstək verilir. Vətəndaşların müraciətləri ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin yerində araşdırılması və operativ həlli üçün Bayram Səfərov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə aidiyyəti qurumların rəhbərləri ilə birgə müzakirələr aparıldı, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırıldı.

Keçidlər