Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 22 may 2024-cü il tarixdə Yasamal rayonunda fəaliyyət göstərən Şuşa Humanitar Kollecinin akt zalında vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə növbəti səyyar qəbulunu keçirdi

22 may 2024 | 17:52

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 22 may 2024-cü il tarixdə Yasamal rayonunda fəaliyyət göstərən Şuşa Humanitar Kollecinin akt zalında vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə növbəti səyyar qəbulunu keçirdi. RİH başçısı Şuşa rayon sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolunu tutmuş respublikamızın həyatında son dövrlərdə baş verən yeniliklər, ölkəmizin beynəlxalq arenada artan nüfuzu ilə bağlı geniş məlumat verdi. Şuşa şəhərinə əhalimizin mərhələli şəkildə köçürülməsindən söz açan RİH başçısı köçürülməsi nəzərdə tutulan sakinlərin məşğulluğunun təmin olunması sahəsində görülən işləri yüksək qiymətləndirdi.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər