Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şuşa rayon 6 saylı tam orta məktəbdə vətəndaşların problemlərinin həlli məqsədilə növbəti səyyar qəbulunu keçirdi

04 iyun 2024 | 17:54
04 iyun 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şuşa rayon 6 saylı tam orta məktəbdə vətəndaşların problemlərinin həlli məqsədilə növbəti səyyar qəbulunu keçirdi.
RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Prezidentimizin uzaqgörən siyasəti nəticəsində dövlətimizin Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ölkənin digər əraziləri kimi yüksək inkişaf yoluna qədəm qoymasına aid məlumat verdi. RİH başçısı qeyd etdi ki, vətəndaşlarımızın öz yurdlarına köçürülməsi ilə yanaşı, onların işlə təmin olunması da dövlətin daim diqqət mərkəzindədir, köçürülən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə müvafiq qurumlar tərəfindən işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai-iaşə obyektlərində, tikinti şirkətlərində və digər yerlərdə çalışırlar.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, Şuşa şəhərinə köç, işlə təminolunma və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətləri ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində araşdırılması və operativ həlli üçün Bayram Səfərov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə aidiyyəti qurumların rəhbərləri ilə birgə müzakirələr aparılıb, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırıldı.
Keçidlər