Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov növbəti səyyar qəbul-görüşü keçirdi

14 yanvar 2023 | 14:49
13 yanvar 2022-ci il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kənd 1 saylı tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi. Görüşdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan abadlıq və quruculuq sahəsində görülən işlər, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, sosial-iqtisadi sahədə əldə edilən uğurlardan danışıb.
Rayon sakinləri çıxış edərək işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və rayon rəhbərindən onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb. Vətəndaşların müraciətl ilə bağlı mövcud vəziyyətlə tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə baxılmasını və nəzarətə götürülməsini tapşırıb.
Keçidlər