Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov növbəti səyyar qəbulu keçirdi

25 may 2023 | 16:36
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən regionlarda əhali ilə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları narahat edən məsələlərlə yerində maraqlanılması və problemlərin həlli üçün qəbul olunan qərarların uğurla icrası əhalinin yaşayış şəraitinin yaxşılaşmasına öz töhfəsini verir. 25 may 2023-cü il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kənd 1 saylı tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbulunu keçirdi. Görüş iştirakçılarını salamlayan Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, ölkəmiz regionda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan abadlıq və quruculuq sahəsində görülən işlər, "Böyük Qayıdış" Proqramının sürətlə icra edilməsi, sosial-iqtisadi sahədə əldə edilən uğurlardan danışıb.
Rayon sakinləri çıxış edərək işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər və rayon rəhbərindən onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb. Vətəndaşların müraciətl ilə bağlı mövcud vəziyyətlə tanış olan rayon rəhbəri qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə baxılmasını və nəzarətdə saxlanılmasını tapşırıb.
Keçidlər