Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov növbəti səyyar qəbulu Mingəçevir şəhərində məskunlaşmış Şuşa rayon sakinləri ilə keçirdi
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 58 rayonunda mütəmadi olaraq səyyar görüşlər keçirir. 15 dekabr 2023-cü il tarixdə Mingəçevir şəhər texniki peşə məktəbində Şuşa rayon əhalisi ilə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov növbəti səyyar qəbulunu keçirdi. Səyyar görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir. RİH başçısı respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verib.