Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov növbəti səyyar qəbulunu keçirdi

15 yanvar 2026 | 16:13
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın müxtəlif rayonlarında mütəmadi olaraq səyyar görüşlər keçirir. 15.01.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş doğma yurd yerlərimizdə, o cümlədən Şuşada aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən geniş həcmli sosial və infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Bayram Səfərov ölkə rəhbərinin yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü və doğma topaqlarına qayıtmış sakinlərin yaşayış şəraiti ilə tanış olması, Prezident İlham Əliyevin Ağdərə və Tərtər rayonlarına son səfərinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qaldığını bir daha nümayiş etdiriyini bildirdi. Səyyar görüşdə sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər