Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rayon sakinləri ilə növbəti səyyar qəbul görüşü keçirdi

24 iyun 2023 | 17:51

Şuşa Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirildi

Səyyar qəbul qrafikinə əsasən Şuşa  Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 24 iyun 2023-cü il tarixdə Ağdam rayonu, Mirzələr qış yatağında məskunlaşan rayon əhalisi ilə keçirildi. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon sakinləri iştirak edirdi.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək ölkə başçısının rəhbərliyi ilə aparılan daxili və xarici siyasət, sosial məsələlər, torpaqlarımızın işğalçılardan azad edilməsindən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı Şuşa şəhərində aparılan bərpa, abadlıq-quruculuq işlərindən, Ölkə rəhbərinin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərindən danışmışdır.

Görüş zamanı Bayram Səfərov rayon əhalisinin problemlərini fərdi qaydada dinləmiş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, araşdırılmasına ehtiyac olan bəzi məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir. Qaldırılan məsələlər əsasən Şuşa şəhərinə qayıdış, işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi köməklik barədə olmuşdur.

Səyyar görüşdə rayon sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya, doğma Şuşa şəhərində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.    

Keçidlər