Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vətəndaşların müraciətlərini yerində dinləmək və mövcud problemləri həll etmək məqsədilə davamlı olaraq səyyar qəbullar keçirir

13 iyun 2024 | 17:36
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vətəndaşların müraciətlərini yerində dinləmək və mövcud problemləri həll etmək məqsədilə davamlı olaraq səyyar qəbullar keçirir.
13 iyun 2024-cü il tarixdə Gəncə şəhərində məskunlaşan Şuşa rayon əhalisi ilə səyyar qəbul keçirilmişdir. Şuşa RİH-in başçısı Bayram Səfərov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə surətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrinin ölkə başçımızın qətiyyətinin və iradəsinin təcəssümü olduğunu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Şuşa şəhər əhalisinin mərhələli şəkildə köçürülməsinin davam etdiriliyini diqqətə çatdırdı.
RİH başçısı qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verdi.
Görüşdə iştirak edən sakinlər Şuşa Rayon İcra Hakimiyyətinin fəaliyyətindən razı olduqlarını bildirdilər, onların müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər