Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə növbəti səyyar qəbul keçirib.

18 yanvar 2024 | 17:09
Şuşa rayon sakinləri ilə növbəti səyyar görüş keçirildi. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə növbəti səyyar qəbul keçirib. Görüş 18 yanvar 2024-cü il tarixdə Yasamal rayonunda yerləşən Bakı şəhəri 336 saylı tam orta məktəbdə baş tutdu. RİH başçısı Şuşa rayon sakinləri qarşısında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar, beynəlxalq arenada ölkəmizin tutduğu mövqe, “Böyük Qayıdış” proqramına əsasən Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı tikinti-quruculuq işləri barədə ətraflı məlumat verdi.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bildirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər