Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşmış Şuşa rayon sakinləri ilə səyyar görüşü keçirildi
11 dekabr 2022 | 12:24
Şuşa rayon sakinlərini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tərəfindən davamlı olaraq səyyar qəbullar keçirilir. Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən xeyir-şər evində keçirilən görüşdə rayonun idarə və müəssisə rəhbərləri və sakinlər iştirak ediblər. RİH başçısı Bayram Səfərov Cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. RİH başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir. Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.