Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar növbəti səyyar görüşü 04 oktyabr 2024-cü il tarixdə Yevlax rayonu, “İrəvanlı” məcburi köçkün qəsəbəsində keçirildi
04 oktyabr 2024 | 17:14
Rayon rəhbəri Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramları, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icra vəziyyəti haqqında ətraflı məlumat verdi. RİH başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
Səyyar görüşdə vətəndaşların müraciətləri dinlənildi. Vətəndaşların müraciətləri əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində araşdırılması və operativ həlli üçün Bayram Səfərov tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə aidiyyəti qurumların rəhbərləri ilə birgə müzakirələr aparıldı, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri işlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırıldı.