Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Mingəçevir şəhərində məskunlaşmış Şuşa rayon sakinləri ilə səyyar görüşü keçirildi

12 may 2023 | 17:39
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 58 rayonunda hazırlanmış qrafikə əsasən mütəmadi olaraq səyyar görüşlər keçirir. 12 may 2023-cü il tarixdə Mingəçevir şəhər Texniki Peşə məktəbinin binasında yerləşən 20 saylı tam orta məktəbdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov vətəndaşlarla növbəti səyyar qəbulunu keçirdi. Rayonun idarə, müəssisə rəhbərləri və sakinlərinin iştirakı ilə keçirilən səyyar görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov işğaldan azad edilən ərazilərin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, "Böyük Qayıdış" Proqramının uğurla icra olunması haqqında ətraflı danışdı, Qarabağda aparılan nəhəng quruculuq işlərinin dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyduğunu bildirdi.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, “Böyük Qayıdış” proqramı çərçivəsində vətəndaşların Şuşa şəhərinə köçürülməsi və digər məsələlərlə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərova ünvanladığı suallar RİH rəhbəri tərəfindən diqqətlə dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər