Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti səyyar görüşü 02 may 2025-ci il tarixdə Xətai rayonu, 24 saylı tam orta məktəbdə keçirildi

02 may 2025 | 17:07

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 60 rayonunda, hazırlanmış qrafikə əsasən mütəmadi olaraq səyyar görüşlər keçirir. Növbəti səyyar görüş 02 may 2025-ci il tarixdə Xətai rayonu, 24 saylı tam orta məktəbdə keçirildi. Görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, Şuşa şəhərində aparılan abadlıq-quruculuq işləri, “Böyük Qayıdış” proqramının icra edilməsi, əhalinin rahatlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək sakinləri fərdi qaydada dinlədi.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verildi.
Görüşdə iştirak edən rayon sakinləri ölkədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığını və onlara yaradılan şəraitə görə məmnun qaldıqlarını bidirdilər.

Keçidlər