Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti səyyar görüşü 08 may 2025-ci il tarixdə Nərimanov rayonunda yerləşən Şuşa rayon Mərkəzi Kitabxana Sisteminin binasında keçirildi

08 may 2025 | 15:41

Vətəndaşların müraciətlərinin və mövcud problemlərinin həlli məqsədilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti səyyar görüşü 08 may 2025-ci il tarixdə Nərimanov rayonunda yerləşən Şuşa rayon Mərkəzi Kitabxana Sisteminin binasında keçirildi. Səyyar görüşdə “Böyük Qayıdış” planına əsasən əhalinin Şuşa şəhərinə köçürülməsinin növbəti mərhələsi, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan RİH başçısı Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlər, sosial yönümlü Dövlət Proqramları, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər