Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti səyyar görüşü 11 dekabr 2025-ci il tarixdə Nərimanov rayonunda yerləşən Şuşa rayon Mərkəzi Kitabxana Sisteminin binasında keçirildi
11 dekabr 2025 | 15:59
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın 60 rayonunda hazırlanmış qrafikə əsasən mütəmadi olaraq səyyar görüşlər keçirir. 11.12.2025-ci il tarixdə Nərimanov rayonunda yerləşən Şuşa rayon Mərkəzi Kitabxana Sisteminin binasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi ilə növbəti səyyar görüşü keçirildi. Ölkə rəhbərinin regionda və beynəlxalq arenada apardığı uzaqgörən siyasət, eləcə də ölkəmizin iqtisadi inkişafına hədəflənmiş böyük layihələr haqqında görüş iştirakçılarına ətraflı məlumat verən RİH başçısı Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlərin, sosial yönümlü Dövlət Proqramları və insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı. Görüş zamanı rayon sakinlərinin işlə təmin olunma, Şuşaya qayıdış və onları narahat edən digər məsələlərlə bağlı suallarını RİH başçısı tərəfindən cavablandırıldı. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edildi, digərlərinin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi, həlli vaxt tələb edən məsələlər nəzarətə götürüldü.






