Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Sabunçu rayonu , Ramana Sovxozu qəsəbəsində məskunlaşmış rayon sakinləri ilə səyyar görüşü keçirilmişdi
28 oktyabr 2022 | 15:57
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşmanın əhali tərəfindən təqdir olunuğunu bildirdi. Bayram Səfərov diqqəti dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada görülməkdə olan işlərlə yönəldərək bildirdi ki, möhtərəm Prezidentimizin hər bir vədinin arxasında konkret əməli işin dayandığını görüş iştirakçılarının diqqətinə çatdırdı. Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verdi. Görüşdə iştirak edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırdıqları məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Şuşa rayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.