Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun sədrliyi ilə müşavirə keçirilmişdir

24 may 2023 | 16:45

2023-cü il may ayının 24-də YAP Şuşa Rayon Təşkilatının inzibati binasının konfrans zalında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun  Aparatın məsul əməkdaşlarının, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə müşavirəsi keçirilmişdir.

2022-ciil noyabrın 16-da Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”ının Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı hədəflərini, qarşıya qoyulan vəzifələrin səmərəliliyini diqqətə çatdıraraq,  doğma şəhərimizdə aparılan abadlıq-quruculuq, bərpa işlərindən danışan B.Səfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse–prezident Mehriban xanım Əliyevanın may ayında Füzuli və Şuşa şəhərlərinə səfərləri zamanı bir sıra mədəniyyət müəssisələrinin, obyektlərin açılışları möhtəşəm yenidənqurma, bərpa-quruculuq işlərinin bariz nümunəsidir. İşğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq, bərpa işləri beynəlxalq aləmin də diqqət mərkəzindədir.

Başçı B.Səfərov müşavirədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 24 fevral 2023-cü il tarixli 825-VIQD nömrəli Qanununa (həmin Qanun 10 aprel 2023-cü ildə qüvvəyə minib) əsasən Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçılarının müavini vəzifələri istisna olmaqla, digər inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbulun müsabiqə, inzibati vəzifələrin tutulması isə müsabiqə, ümumi müsahibə və daxili müsahibə əsasında həyata keçirildiyi barədə məlumat vermişdir. Başçı qeyd etmişdir ki, bu Qanunun müvafiq maddələrinin düzgün və operativ icrasını təmin etmək məqsədilə 2023-cü il 19 may tarixində Dövlət İmtahan Mərkəzində tədbir təşkil edilmişdir.  Dövlət İmtahan Mərkəzinin, Administrasiyanın kadr məsələsi ilə bağlı tələbləri müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.  

Müşavirədə B.Səfərov vətəndaş müraciətlərinə vaxtında, dəqiq, operativ şəkildə baxılması və cavablandırılması, RİH-in şöbələri üzrə verilmiş tapşırıqların icra vəziyyəti  barədə, şəhid ailələrinin və qazilərin sosial problemlərinin daim nəzarətdə saxlanılması, dövlət qulluğuna qəbulla bağlı qanunun icrası, Qərbi Azərbaycandan, Ermənistandan qaçqın olub, Şuşa qeydiyyatında olan azərbaycanlıların dəqiq uçotunun aparılması, Gigiyena və Epidemiologiya Mərkəzinin yeni dövrdə görəcəyi işlər barədə öz tapşırıq və tövsiyələrini vermişdir. Müzakirə edilən məsələlərin həlli ilə  bağlı Şuşa RİHBA-nın məsul əməkdaşlarına, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinə, idarə və müəssisə rəhbərlərinə müvafiq göstərişlər verilmişdir.

Müşavirədə Şuşa Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsalə Fətəliyeva, YAP Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qalib Kazımov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov,  Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi İradə Əliyeva, Başçının Quşçular KİƏD üzrə nümayəndəsi Sahib Musayev, Şuşa Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsi,   direktor  Kəmalə Səfərova, Şuşa rayon  Statistika  İdarəsinin rəisi Anar Xəlilov, Şuşa rayon GEM-in  baş həkimi Könül  Quliyeva  çıxış etmişlər.

Keçidlər