Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov sakinlərlə növbəti səyyar qəbulunu 25.06.2024-cü il tarixdə İsmayıllı rayonu, “Kökəltmə birliyi”ndə məskunlaşmış rayon sakinləri ilə Şuşa rayon 15 nömrəli tam orta məktəbdə keçirildi

25 iyun 2024 | 16:41
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Şuşa Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və həlli məqsədilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov sakinlərlə növbəti səyyar qəbulunu 25.06.2024-cü il tarixdə İsmayıllı rayonu, “Kökəltmə birliyi”ndə məskunlaşmış rayon sakinləri ilə Şuşa rayon 15 nömrəli tam orta məktəbdə keçirildi.
RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Şuşa şəhərində aparılan abadlıq-quruculuq işləri, sakinlərin məşğulluğunun təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verərək, sakinləri fərdi qaydada dinlədi.
Vətəndaşların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirildi. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunudu, icrası vaxt tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi və onların icrası nəzarətə götürüldü.
Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara görə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova minnətdarlıqlarını bildirdilər.
Keçidlər