Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon icra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul-görüşü keçirdi

20 noyabr 2022 | 11:12
Şuşa Rayon İcra Hakimiyyəti başçısının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində məskunlaşmış rayon sakinləri ilə Niyazi adına Şuşa şəhər Musiqi məktəbində səyyar görüşü keçirilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirdi ki, bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması, ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin sayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını diqqətə çatdıran Bayram Səfərov qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun təmin edilməsində Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla yerinə yetirildiyini vurğuladı. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərova müraciət edən rayon sakinləri diqqətlə dinlənilib, səsləndirdikləri məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Rayon sakinlərini narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapmış, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi qərara alınıb.
Keçidlər