Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı “Rabitəçi” sanatoriyasında  əhali ilə görüş keçirmişdir

23 noyabr 2023 | 17:12

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun 23 noyabr 2023-cü il tarixində Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən “Rabitəçi” sanatoriyasında rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. RİH başçısı Bayram Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan  uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. RİH başçısı şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açıb, Şuşa rayon ərazisində aparılan abadlıq, quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib, Şuşaya qayıdışla bağlı maarifləndirici söhbətlər aparıb. 

Səyyar qəbulda sakinlər Şuşaya qayıdış, iş və mənzillə təmin olunma, onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndiriblər. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Rayon sakinləri son illər işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.   

 

Keçidlər