Şuşa Rayon İcra Hakimiyyətinin başçısı rayon əhalisi ilə Mərdəkan qəsəbəsi, “Qaranquş” sanatoriyasında görüş keçirmişdir
10 yanvar 2024 | 17:50
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun 09 yanvar 2024-cü il tarixində Mərdəkan qəsəbəsi, “Qaranquş” sanatoriyasında rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. RİH başçısı Bayram Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğıdan, Şuşa rayon ərazisində aparılan abadlıq, quruculuq işlərindən danışdı.
Səyyar qəbulda sakinlər Şuşaya qayıdış, iş və mənzillə təmin olunma, onları narahat edən digər sosialyönümlü məsələlərlə bağlı müraciətlər etdilər. Qaldırılan məsələlərin bəziləri yerində həll olundu, bir qismi nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirən görüş iştirakçıları onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.