Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Gəncə şəhərində növbəti səyyar qəbulunu keçirdi

16 noyabr 2023 | 15:37

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun 16 noyabr 2023-cü il tarixində Gəncə şəhərində yerləşən Kəlbəcər Mədəniyyət Evində Şuşa rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. RİH başçısı Bayram Səfərov Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. RİH başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.

Şuşa rayon ərazisində aparılan bərpa, abadlıq və yenidənqurma, həyata keçirilən infrastruktur layihələrindən, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğıdan söz açan Bayram Səfərov səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Müraciətlər Şuşada iş və mənzillə təmin olunma, digər sosialyönümlü məsələlərlə bağlı olmuşdur. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Rayon sakinləri son illər işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.  

 

 

Keçidlər