Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar görüşü Kürdəmir rayonu, 564 ailəlik məcburi köçkün qəsəbəsində keçirilib

14 aprel 2023 | 17:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciərtlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim Şuşa Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov sakinlərlə növbəti səyyar qəbulunu Kürdəmir rayonu, 564 ailəlik məcburi köçkün qəsəbəsində keçirib. Görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov bildirdi ki, qısa bir zamanda Böyük Qayıdışın təntənəsi olaraq Prezident cənab İlham Əliyevin sərəncam və tapşırıqları ilə görülən işlər hər kəsin diqqətindədir. Yeni yolların çəkilməsi, dini abidələrimizin təmir və bərpası, infrastrukturun qurulması tezliklə bu ərazilərin tam bərpa olacağından xəbər verir. İstər ölkə vətədaşları, istərsə də ölkəmizə səfər edən insanlar işğaldan azad olunan ərazilərimizə səfər edərkən böyük quruculuq işlərini görür və bu hər kəsi sevindirir. Azərbaycanda ötən illər ərzində hər bir sahədə müsbət irəliləyişlərə nail olunması bir daha deməyə əsas verir ki, ölkədə dayanıqlı inkişaf uğurla təmin edilib.
İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Keçidlər