Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid və qazi ailələrini ziyarət ediblər

27 sentyabr 2023 | 16:04
Şuşa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş, eləcə də yaralanmış əsgər və zabitlərin ailələri mütəmadi olaraq evlərində ziyarət edilir, şəhid və qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq yardımları çatdırılır. “27 Sentyabr - Anım günü” ərəfəsində Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid və qazi ailələrini ziyarət etmiş, onların problemləri ilə maraqlanmış, ərzaq bağlamaları paylamışlar.
Şəhid ailələrinin üzvləri və qazilər arzu və təkliflərini bildirməklə yanaşı, onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq etmiş, rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürlərini bildirmişlər.
Keçidlər