Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə birləşək !” adlı tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamına əsasən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
18.09.2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və inzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirakı ilə “Yaşıl dünya naminə birləşək!” adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov keçirilən tədbirlərin əsas məqsədinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar əhalinin kompakt yaşayış yerlərində, ümumtəhsil müəssisələrində ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarət olduğunu bildirdi, BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsini ölkə Prezidentinin uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndirdi.
Tədbirdə çıxış edənlər "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublikamızın türistik bölgələrinə, o cümlədən Mədəniyyət Paytaxtımız Şuşa şəhərinə insanların axını ilə əlaqədar ekoloji vəziyyətin yaxşılaşdırılmasının prioritet məsələlərdən biri olduğu diqqətə çatdırdılar. İnsanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlərin daim diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulandı.