Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Sağlam inkişaf və maarifləndirmə ictimai birliyi” və Nəsimi bələdiyəsinin üzvlərinin iştirakı ilə "Sülh Aylığı" çərçivəsində “Azərbaycan – sülh və tolerantlıq məkanı” mövzusunda tədbir keçirilmişdir

16 sentyabr 2026 | 16:09

Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Sağlam inkişaf və maarifləndirmə ictimai birliyi” və Nəsimi bələdiyəsinin üzvlərinin iştirakı ilə "Sülh Aylığı" çərçivəsində “Azərbaycan – sülh və tolerantlıq məkanı” mövzusunda tədbir keçirilmişdir. Çıxışlarda bildirilmişdir ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə yaşadığı ölkə kimi tanınıb. Ölkəmizdə müxtəlif dini və etnik qruplar qarşılıqlı hörmət, tolerantlıq və anlaşma şəraitində yaşayırlar. Qeyd olunmuşdur ki, Azərbaycan sülhün, dostluğun və multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Müxtəlif mədəniyyətlərin və dini inancların bir arada yaşaması ölkəmizin zənginliyini şərtləndirən əsas amillərdən biridir.Bildirilmişdir ki, sülh mədəniyyətinin cəmiyyətdə möhkəmləndirilməsi, xüsusilə gənc nəslin bu istiqamətdə maarifləndirilməsi gələcək nəsillərin daha təhlükəsiz və firavan mühitdə yetişməsinə mühüm töhfə verir. Həmçinin qeyd olunub ki, “Sülh aylığı” çərçivəsində keçirilən maarifləndirici tədbirlər sülh və tolerantlıq dəyərlərinin təbliğinə, cəmiyyətdə həmrəylik, qarşılıqlı anlaşma və sosial məsuliyyət hissinin gücləndirilməsinə xidmət edir.

Keçidlər