Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon məktəblərində «Son zəng» tədbirləri keçirildi

14 iyun 2023 | 15:30
 
Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla Şuşa rayon ümumtəhsil məktəblərində təntənəli şəkildə təşkil edilib. Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərində rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirlərdə 11-ci və 1-ci sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, daha sonra son zəng çalınmışdır.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng" tədbirində Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Qarabağ Regional Təhsil İdarəsinin Təhsildə Keyfiyyət sektorunun əməkdaşı Aydan Bağırova, Qarabağ Regional Təhsil İdarəsinin Şuşa Rayon sektorunun müdiri vəzifəsini müqqəti icra edən Rəsmiyyə Məmmədova, Şuşa şəhər 1 saylı tam orta məktəbin direktoru Gülnar Qurbanova, müəllimlər, valideyinlər iştirak etmişlər. Tədbiri giriş nitqi ilə açıq elan edən məktəb direktoru Gülnar Qurbanova bu əlamətdar gün münasibətilə məzunları, əziz birinciləri, məktəbin müəllim kollektivini və valideyinləri təbrik etdi, müstəqil həyatın astanasında duran məzunlara, eləcə də məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzuladı.Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva məzunları və təhsil həyatına yenicə qədəm qoymuş birinciləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun adından təbrik etdi. Məktəbin tarixindən danışan Vüsalə Fətəliyeva burada təhsil almış görkəmli şuşalılardan, məktəbin şuşamızın inkişafına öz töhvəsini verən nümunəvi, vətənpərvər gənclər yetişdirmək ənənəsinin bugün də davam etdirdiyini bildirdi. Qarabağ Regional Təhsil İdarəsinin Təhsildə Keyfiyyət sektorunun əməkdaşı Aydan Bağırova və Qarabağ Regional Təhsil İdarəsinin Şuşa Rayon sektorunun müdiri vəzifəsini müqqəti icra edən Rəsmiyyə Məmmədova çıxış edərək məzunları təbrik etdilər, onlara yeni həyat yolunda müvəffəqiyyətlər arzuladılar. Prezident cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən bəhs etdilər. Tədbirdə müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. “Son zəng” tədbiri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi.
Keçidlər