Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon Mərkəzi Kitabxana Sistemində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

04 noyabr 2024 | 16:57
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon Mərkəzi Kitabxana Sistemin direktoru, Əməkdar Mədəniyyət işçisi Gülsarə Abbasova Şuşa Rayon Mədəniyyət Evinin direktrou Rüstəm Əliyev, Şuşa Rəsm Qalereyasının direktoru Anar Cəbizadə, şairə Sevda Səfərli, kitabxana sisteminin əməkdaşları iştirak edirdilər. 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşdiyini vurğuladı. Bildirdi ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirdi. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə diqqət çəkərək Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Böyük Qayıdış Proqramına əsasən doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə qayıdışının həyata keçirildiyini nəzərə çatdırdı.
Vüsalə Fətəliyeva ötən il sentyabrın 19-20-də ordumuzun lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etdiyini, Ali Baş Komandan, Prezident İlham Əliyevin Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığını, İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq salnaməsi kimi Azərbaycanın tarixinə yazıldığını qeyd etdi.
Tədbirdə təqdim olunan şairə Sevda Səfərlinin yeni ərsəyə gətirdiyi “Şuşanamə” şeirlər kitabının vətənpərvərlik ruhunda yazılmış kitab kimi dəyərləndirən Vüsalə xanım Fətəliyeva Şuşa rayonundan olan şairəmizə gələcək fəaliyyətində yeni uğurlar arzuladı. Sonra Şuşanamə kitabından Şuşamıza, Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş şeirlər səsləndirildi.
Tədbir çıxış edən digər natiqlər Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməsi olduğunu, 8 Noyabr - Zəfər Günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən ərazilərimizin Ermənistanın 30 illik hərbi işğalından azad edilməsinin, ölkəmizin ərazi bütövlüyünün bərpası və tarixi ədalətin bərqərar olması günü kimi xalqımız tərəfindən qürurla qeyd olunuğunu qeyd etdilər.
Keçidlər