Şuşa rayon sakinləri ilə növbəti səyyar görüş keçirildi
10.06.2022 -ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Yasamal rayonu, Şuşa Humanitar Kollecində Şuşa rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli tikinti- quruculuq işlərindən, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə müraciət edən vətəndaşlar diqqətlə dinlənilərək qaldırdıqları məsələlərə aidiyyəti məsul şəxslərin iştirakı ilə aydınlıq gətirilib. Görüş zamanı səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həll üçün tapşırıqlar verilib.