Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbul - görüş 26 yanvar 2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şuşa şəhər 3 saylı tam orta məktəbdə keçirildi

26 yanvar 2024 | 16:13
Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbul - görüş keçirildi
Şuşa rayon sakinlərinin müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması Şuşa Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Rayon İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin İcra Hakmiyyətində keçirdikləri qəbullarla yanaşı, mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilir.
Təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbul 26 yanvar 2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şuşa şəhər 3 saylı tam orta məktəbdə keçirildi.
Səyyar görüşdə “Böyük Qayıdış” planına əsasən əhalinin yaxın gələcəkdə öz doğma torpaqlarına köçürülməsi, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan RİH başçısı Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlər, sosial yönümlü Dövlət Proqramları, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı. Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirdilər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edildi, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Şuşa rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Keçidlər