Şuşa rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirildi. Təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbul 03 oktyabr 2023-ci il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məcburi Köçkün Şəhərciyində yerləşən 7 saylı Şuşa şəhər tam orta məktəbin akt zalında keçirilib.
Şuşa rayon sakinlərinin müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şuşa Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Rayon İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin İcra Hakmiyyətində keçirdikləri qəbullarla yanaşı, mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşlərinin keçirilməsi mütəmadi olaraq təşkil edilir.
Təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbul 03 oktyabr 2023-ci il tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məcburi Köçkün Şəhərciyində yerləşən 7 saylı Şuşa şəhər tam orta məktəbin akt zalında keçirilib.
RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda və beynəlxalq arenada apardığı uzaqgörən siyasət, eləcə də ölkəmizin iqtisadi inkişafına hədəflənmiş böyük layihələr haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. “Böyük Qayıdış” planına əsasən əhalinin yaxın gələcəkdə öz doğma torpaqlarına köçürülməsi, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan RİH başçısı Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlər, sosial yönümlü Dövlət Proqramları, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə davam etdirildiyini diqqətə çatdırdı. Görüş zamanı rayon sakinləri işlə təmin olunma, Şuşaya qayıdış, mənzil ilə təmin olunma və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirmişlər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Şuşa rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.