Şuşa rayon sakinləri ilə səyyar görüş-qəbul keçirildi. Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Suraxanı rayonu, Günəşli qəsəbəsi, Niyazi adına Uşaq İncəsənət məktəbində Şuşa rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
17.10.2023 -cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyəti başçısı cənab Bayram Səfərovun Suraxanı rayonu, Günəşli qəsəbəsi, Niyazi adına Uşaq İncəsənət məktəbində Şuşa rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti- quruculuq işləri, “Böyük Qayıdış” planına əsasən əhalinin yaxın gələcəkdə öz doğma torpaqlarına köçürülməsi, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verdi. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, rayonun idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə müraciət edən vətəndaşların arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.