Şuşa rayon təhsil müəssisələrində sağlam həyat tərzinin təbliği işi uğurla davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və bununla bağlı müvafiq Tədbirlər Planına uyğun olaraq Şuşa Humanitar Kollecində və rayon ümumtəhsil müəsssisələrində daim diqqət mərkəzində saxlanılır. Sözügedən Tədbirlər Planının 3.3.7.1-ci (Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması) və 3.3.7.2-ci (Sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması və aidiyyətı üzrə paylanması, aidiyyatı mobil tətbiqlərin istifadəyə verilməsi) bəndlərinin icrası ilə bağlı rayon üzrə lazımi tədbirlər həyata keçilir. Rayonun üzrə fəaliiyət göstərən Sağlam İnkişaf və maarifləndirmə İctimai Birliyinin facebook səhifəsində sağlam həyat tərzi, gənclərin pis vərdişlərdən yayındırılması ilə bağlı paylaşımlar gənclər tərəfindən böyük maraqla izlənilir.