Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon ümumtəhsil müəssisələrində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib

16 mart 2023 | 16:10

 

Şuşa rayon ümumtəhsil müəssisələrində müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi. Aksiyalarda məktəb direktorları, müəllimlər, yuxarı sinif şagirdləri iştirak edirdi.
Aksiyalarının təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı yaşıllıqların salınması və qorunması hissini gənc nəslə aşılamaq onları ekoloji problemlərə qarşı mübarizəyə səsləmək, həmçinin şuşalıların Ulu Heydər Əliyev ənənələrinə daim sadiq qaldıqlarını və Ümummilli Liderə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdirmək olmuşdur

Keçidlər